BİZ KİMİK
Gender Resurs Mərkəzi 2020-ci ildə yaradılmış kuir-feminist platformadır. Mərkəz Azərbaycanda müxtəlif gender kimlikli və cinsi orientasiyalı şəxslər üçün təhülkəsiz məkan və resurs çatışmazlığı probleminə cavab olaraq təsis edilib.
Təşəbbüsümüz mövcud zorakılıq mədəniyyətini və patriarxizmi çökdürmək üçün güc dinamikasını dəyişməyi əsas dəyər kimi görür. Bunun üçün əlçatanlıq və şəffaflığın təmin olunması, ətraf-mühitə həssaslıq, zorakılıq və ayrıseçkililiyə sıfır tolerantlıq fəaliyyətlərimizin təməl prinsiplərindəndir.
BİZ NƏ EDİRİK
Fəaliyyətlər
Gender Resurs Mərkəzi bir neçə istiqamətdə fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti onun dəyərlərinə və məqsədlərinə əsaslanan davamlı xidmətlər, resurs-yaratma və onlara əlçatanlıqla əhatələnir. Bu fəaliyyətlərə daxildir:
1. Sosial, psixoloji və hüquqi xidmətlərin, konsultasiyaların aparılması
2. Bacarıqların artırılması və səlahiyyətləndirmə
3. Araşdırmaların aparılması və resursların yaradılması
4. İncəsənət vasitəsi ilə icma-quruculuğu və mobilizasiya